Sumqayıt yoxlama oyununda qələbə qazanıb

15.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Mövsümün ikinci yarısı üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" bu gün təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. 

QOL.az xəbər verir ki, Vaqif Cavadovun baş məşqçisi olduğu komanda I Liqa təmsilçisi MOİK-lə qarşılaşıb. 

"Kapital Bank Arena"da keçirən qarşılaşmada “Sumqayıt” 3:2 hesablı qələbə qazanıb.

Komandanın qollarını Giorgi Karaişvili, Kamran Quliyev və Rövlan Muradov vurub. 

Qeyd edək ki, “Sumqayıt” hazırlıq prosesi çərçivəsindəki ilk yoxlama oyununda “Araz-Naxçıvan”la heç-heçə edib (2:2).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью