Sumqayıt yubileylə bağlı azarkeşlərə müraciət edib

19.11.2024

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının XIV turu çərçivəsində keçiriləcək "Sumqayıt" - "Şamaxı" matçına giriş biletsiz olacaq. Sport24.az xəbər verir ki, bu barədə Sumqayıt klubunun sosial şəbəkə hesabında paylaşım edilib.

Paylaşımda şəhərin 75 illik yubileyi münasibətilə azarkeşlərə müraciət edilib: "Əziz "Sumqayıt" azarkeşi! Gəlin, şəhərimizin 75 illiyini birlikdə qələbəmizlə qeyd edək!".

Qeyd edək ki, qarşılaşma noyabrın 24-də saat 19:00-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью