Sumqayıt Zəfər turu nda İmişli ilə heç heçə etdi

08.11.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, günün ilk matçında "İmişli" "Sumqayıt"ı qəbul edib.
Yevlax şəhər stadionundakı qarşılaşma qolsuz yekunlaşıb.
Meydan sahibləri 11 xalla səkkizinci, "gənclik şəhəri" təmsilçisi 10 xalla doqquzuncu pillədə qərarlaşıb.
Tura "Sabah" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun saat 17:30-da başlayacaq.
Peşəkar Futbol Liqasının qərarı ilə XI tur "Zəfər turu" adlanıb.
Xatırladaq ki, turun əvvəli oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" "Kəpəz"i (hər ikisi 1:0), "Zirə" "Qəbələ"ni (2:1) məğlub edib. "Şəfa" - "Araz-Naxçıvan" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью