Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyunda “Sumqayıt” “Zirə” ilə qarşılaşıb.
Bu komandaların ilk görüşü Sumqayıtda keçirilib. Tərəflər bu matçdan qolsuz ayrılıblar. Daha sonra “Sabah” “Qəbələ”ni qəbul edəcək. “Şamaxı” – “Qarabağ” və “Turan Tovuz” – “Kəpəz” oyunları isə sabah keçiriləcək.
Azərbaycan kuboku
1/4 final
4 fevral
“Sumqayıt” – “Zirə” 0:0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 71. Masaki Murata.
Baş məşqçi: Saşa İliç.
Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 19. Rüfət Abdullazadə, 26. Stefan Akka, 28. Leroy Mikels, 30. Rikardo Martins, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Rəşad Rafiqoğlu, Bizim.Media