Sumqayıta texniki məğlubiyyət verildi

19.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

AFFA İntizam Komitəsi U-12 Liqasında çıxış edən "Ərgünəş" (Sumqayıt) komandasına texniki məğlubiyyət verib.

Modern.az xəbər verir ki, bu barədə qurumun son iclasında qərar qəbul olunub.

Sumqayıt təmsilçisi təyin edilən vaxtda meydana çıxmadığına görə "Ələt"lə görüş baş tutmayıb. Bu səbəbdən "Ərgünəş"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью