“Sumqayıt”a texniki məğlubiyyət verilib İdman və Biz

12.12.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Sumqayıt”ın ikinci komandasına texniki məğlubiyyət verilib.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Əvəzedicilər liqasının XVI turunun “Sumqayıt-2” – “Neftçi-2” oyununda baş verən hadisə səbəb olub. Görüşün 76-cı dəqiqəsində “Sumqayıt-2”nin heyətində adı matçın protokolunda olmayan Kənan Cavadlı meydançaya daxil olub. Buna görə komandaya texniki məğlubiyyət verilib, matçın hesabı isə 0:3 kimi saxlanılıb. “Gənclik şəhəri” təmsilçisi 400 manat cərimə edilib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью