Sumqayıtda 1 900 dən çox ailə patronaj qayğısı ilə əhatə olunub

15.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ana və uşaq sağlamlığının qorunması istiqamətində  patronaj xidməti modeli uğurla həyata keçirilir və müsbət nəticələr verir.

"Cebheinfo.az" xəbər verir ki, TƏBİB tibbi yardımın keyfiyyətini artırmaq üçün xidməti ailələrə daha yaxınlaşdırır.

Sumqayıt şəhərində keçirilən tibbi müayinələr çərçivəsində 1964 ailə patronaj ziyarətləri ilə əhatə olunub. Müayinələrdən 1529 uşaq, 282 hamilə və 150 zahı keçib.

Beləliklə, çoxsaylı ailələr tibbi dəstəyi birbaşa öz yaşayış yerlərində əldə edib.

Yeni modelin əsas üstünlüyü ondan ibarətdir ki, tibbi xidmət təkcə xəstəlik zamanı göstərilmir.

Risklər erkən mərhələdə aşkarlanır, profilaktik tədbirlər isə vaxtında görülür. 

Gülər 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью