Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Sumqayıtda bir ay əvvəl maşın vuran 77 yaşlı kişi ölüb.
APA xəbər verir ki, hadisə dekabrın 10-da şəhərin Azərbaycan prospektində qeydə alınıb.
Yolu keçmək istəyərkən maşın vuran piyada 1948-ci il təvəllüdlü Cavanşir Mürvət oğlu Quliyev xəstəxanaya yerləşdirilib.
O, bu gün müalicə aldığı xəstəxanada vəfat edib. Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.