Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sumqayıtda yeniyetmə oğlan itkin düşüb.
"Bakupost" xəbər verir ki, 2013-cü il təvəllüdlü Allahverdi Rza noyabrın 23-də saat 18 radələrində dərsdən çıxıb, lakin evə qayıtmayıb.
O, Sumqayıt şəhərində yerləşən 27 nömrəli məktəbin şagirdidir.
Yeniyetmənin 6-cı mikrorayon ərazisində yerləşən məktəbdən çıxdıqdan sonra hara getdiyi məlum deyil. Artıq saatlardır ki, ondan xəbər yoxdur.
Lalə Novruz , BakuPost