Sumqayıtda 16 komanda qalib adı uğrunda mübarzə aparacaq

17.07.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları müəyyənləşib. Sport24.az xəbər verir ki, yarış iyulun 26-27-də keçiriləcək.

Sumqayıt mərhələsində Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya milliləri, həmçinin "Karolina" (Puerto Riko), "Pekin" (Çin), "Takasaki" (Yaponiya) və "Rapid" (Rumıniya) klubları mübarizə aparacaq.

Qeyd edək ki, qarşılaşmalar Sumqayıt şəhərinin dənizkənarı bulvarında baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью