Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər

20.12.2025

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda 33 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub.

“Qafqazinfo” xəbər verir ki, dekabrın 19-u saat 11 radələrində 1992-ci il təvəllüdlü Binəli Hüseynov yaşadığı Mircəlal küçəsi ev 145 ünvanındakı 22 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar hadisə Sumqayıt şəhərində də baş verib. Belə ki, dekabrın 19-u saat 16 radələrində Abşeron rayon sakini 2008-ci il təvəllüdlü Fatimə  Qurbanzadə 16-cı məhəllənin ərazisində yerləşən binanın 8-ci mərtəbəsindəki eyvandan yıxılıb. O da vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью