Sumqayıtda 17 yaşlı qız itkin düşdü

19.08.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt şəhərində gənc qız itkin düşüb.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin 30-cu məhəlləsində baş verib. Şəhər sakini 2009-cu il təvəllüdlü Dəniz Elçin qızı Mansurlu avqustun 18-də, səhər saat 11 radələrində yaşadığı evdən çıxıb, bir daha geri qayıtmayıb.

Yeniyetmənin ailə üzvləri hadisə barədə polisə məlumat verib. ​Dəniz Mansurlunu görənlərdən 0556151561 nömrəsi ilə əlaqə saxlamaları və ya Sumqayıt Şəhər Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью