Sumqayıtda 20 min dollarlıq dələduzluq edən tutuldu

10.12.2024

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sumqayıtda külli miqdarda dələduzluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər sakini olan bir nəfərin 20000 ABŞ dolları dələduzluq yolu ilə ələ keçirilib.

Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlində şübhəli bilinən 41 yaşlı B.Eyvazov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью