Sumqayıtda 2022 ci ildə sökülən yol hələ də təmir edilməyib VİDEO

24.08.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Sumqayıtda 4 ilə yaxındır sökülən yol uzun müddətdir sakinlərin həyatını çətinləşdirib.

Avtosfer.az xəbər verir ki, Sumqayıt şəhərini İnşaatçılar qəsəbəsi ilə birləşdirən Rustavi küçəsi 4 il əvvəl bir sıra təmir işləri ilə bağlı sökülsə də, sonradan bərpa ilə hansısa addım atılmayıb.

Sakinlərin sözlərinə görə, Rustavi küçəsi sonuncu dəfə 2004-2005-ci illərdə təmir edilib. Vaxtaşırı yük maşınlarının keçdiyi küçələrdən biri olan Rustavi küçəsi hətta 2019-cu ildə artıq yararsız hala düşmüşdü və burada yol da uçmuşdu. Sonra həmin uçan hissəni birtəhər təmir edib sakinləri sakitləşdirmişdilər. Amma yol getdikcə bərbat vəziyyət aldı. Uzun çək-çevirdən sonra 2022-ci ildə Rustavi küçəsi sökülsə də, ötən 4 il ərzində aidiyyəti qurumlar arabir gətirib yolun kənarına qalaqlanmış bardür yığdılar, sonra o bardürlər də yığışdırıldı, yenidən gətirildi. Hələ də Rustavi küçəsində eyni ssenari oynanılır.

Qurumalrın bu cür yartımaz fəaliyyətinin əziyyətini isə qsəbə sakinləri çəkir. Sürücülər yolun bərbadlığından avtomobillərini vaxtaşırı usta yanına aparır, piyadalar isə yağışlı havalarda palçıqlı, gölməçəli təmirsiz küçələrlə irəliləməyə məcbur qalır. Onsuz da, işıqlandırılması da normal təmin edilməyən küçə ilə bağlı 4 ildir heç kim bir iş görməyib.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью