Sumqayıtda 21 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanıldı YENİLƏNİB

26.12.2024

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Sumqayıt şəhərində 2003-cü il təvəllüdlü K.Məhərrəmova kəsici-deşici alətlə xəsarət yetirilib və o xəstəxanaya yerləşdirilib.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü E.Babayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Sumqayıtda gənc oğlan bıçaqlanıb.

APA xəbər verir ki, hadisə şəhərin 1-ci məhəlləsi ərazisində qeydə alınıb.

2003-cü il təvəllüdlü Kənan Ceyhun oğlu Məhərrəmov aralarında baş vermiş münaqişə zəminində tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью