Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbinin tipi dəyişdirilərək 23 nömrəli texniki fənlər təmayüllü lisey statusu verilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, liseyə I sinfə qəbul və şagird yerdəyişməsi dayandırılıb. Şagird qəbulu yalnız VII sinifdən etibarən və mərkəzləşdirilmiş imtahanın nəticələrinə əsasən həyata keçiriləcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin