Sumqayıtda 32 yaşlı qadın öldürülüb Saxlanılan var

29.01.2025

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərində yerləşən evlərin birində yanvarın 29-da saat 5 radələrində 1993-cü il təvəllüdlü Səbinə Babışovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun əri, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ağabala Babışov polis əməkdaşları tərəfindən saxlanılıb.

Sumqayıt Şəhər Prokurorluğundan isə bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью