Sumqayıtda 32 yaşlı şəxs qətlə yetirilib

03.06.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

"Ölkə.az" xəbər verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, 1994-cü il təvəllüdlü Urfan Baxışov tanışı tərəfindən qətlə yetirilib.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri və digər təfərrüatları müəyyənləşdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью