Sumqayıtda 38 yaşlı qadın ərini bıçaqlayıb

29.04.2025

Icma.az, Azpost saytına istinadən bildirir.

Sumqayıtda 38 yaşlı qadın ərini bıçaqlayıb.

Trend xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Rəmziyyə İmanova şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью