Sumqayıtda 4 cü mərtəbədən yıxılan kişi öldü

02.08.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sumqayıtda bədbəxt hadisə nəticəsində ağır xəsarət alan kişi xəstəxanada dünyasını dəyişib.

Moderator.az verir ki, hadisə iyulun 27-də şəhərin 8-ci mikrorayon ərazisində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Şükürov Şahin Şahvələd oğlu yaşadığı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pəncərəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.

Qapalı kəllə-beyin travması alan yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, avqustun 1-də saat 08:30 radələrində müalicə aldığı tibb müəssisəsində vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. /report/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью