“Sumqayıt”da 4 cü, Premyer Liqada 71 ci legioner

17.08.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycan Premyer Liqasının I turu legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, Filipe Kandido “Sumqayıt”ı “Neftçi” ilə ev matçına çıxarıb.

Portuqaliyalı mütəxəssisin komandası 1:3 hesabı ilə məğlub olub. O, ölkə çempionatları tarixinə yüksək dəstədə baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən 71-ci əcnəbi mütəxəssis olub.

Filipe Kandido Premyer Liqada 2-ci portuqaliyalıdır. Onadək Jorje Kaşkilya ötən mövsümdə “İmişli”yə rəhbərlik edib. O, “Sumqayıt”ın 4-cü legioner baş məşqçisidir. Cari mövsümədək Bernard Raab, Aleksey Baqa və Saşa İliç də “Gənclik şəhəri” təmsilçisinə rəhbərlik edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью