Sumqayıtda 45 yaşlı kişi sirkə turşusundan zəhərlənərək ÖLDÜ

26.11.2024

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıtda 45 yaşlı kişi ölüb.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə 26-cı məhəlləsində yerləşən fərdi evlərin birində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Ceyhun Muradxan oğlu Məhiyev yaşadığı evdə sirkə turşusundan zəhərlənib. O, Bakı şəhərindəki Respublika Toksikologiya Mərkəzinə çatdırılıb.

Lakin həkimlərin səyinlərinə baxmayaraq C.Məhiyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью