Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

03.07.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək ölüb.
Bizim.Media “report.az”a istinadla verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb.
Belə ki, yaşadığı evdə dərman qəbul edən 1978-ci il təvəllüdlü Əhmədov Aslan Mustafa oğlu halı pisləşdiyi üçün zəhərlənmə diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
O, reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin göstərdiyi yardımlara baxmayaraq, dünyasını dəyişib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью