Sumqayıtda 550 abonentin qaz təchizatı dayandırılacaq

02.12.2025

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Ölkə.Az "Azəriqaz"a istinadən xəbər verir ki, balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 2-də Sumqayıt şəhəri, Sarıqaya bağları ərazisində 550 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью