Sumqayıtda 63 yaşlı qadına qarşı quldurluq etdilər | Icma.az
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Sumqayıt şəhərində quldurluq hadisəsi baş verib.
İyulun 8-də naməlum şəxs 63 yaşlı qadının 6000 manatını fiziki zor tətbiq edərək talayıb.
"Unikal" xəbər verir ki, daxil olmuş müraciət əsasında Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 26 yaşlı V.Cavadov saxlanılıb.
Araşdırma aparılır. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu