Sumqayıtda 70 yaşlı qadın ehtiyatsızlıqdan sirkə turşusunu içərək ölüb

02.05.2025

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıtda ehtiyatsızlıqdan sirkə turşusu içən 70 yaşlı qadın xəstəxanada ölüb.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

1955-ci il təvəllüdlü Şəhla Əvəz qızı Əhmədova evdə ehtiyatsızlıqdan sirkə turşusu içib.

O, Bakıda yerləşən xəstəxanalardan birinə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью