Sumqayıtda 71 yaşlı kişi oğlunu bıçaqladı

31.08.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yaşayış evlərindən birində baş verib.

İlkin məlumata görə, evdə ata və oğlu arasında mübahisə yaranıb. Mübahisə zamanı 1955-ci il təvəllüdlü Novruzov Nadir Hacı oğlu 1998-ci il təvəllüdlü oğlu Təhmasib Novruzova bıçaqla xəsarət yetirib.

Xəsarət alan şəxs tibbi yardım üçün xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Nadir Novruzov əvvəllər məhkumluq həyatı yaşayıb.

Hadisənin təfərrüatları və mübahisənin başvermə səbəbləri araşdırılır. (Teleqraf)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью