Sumqayıtda 73 yaşlı kişi kanala düşdü

10.02.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Sumqayıtda kanala düşən 73 yaşlı kişi xilas olunub.

Lent.az APA-ya istinadla  xəbər verir ki, gecə saatlarında Bəhram Fərzəliyev şəhər ərazisində yerləşən su kanalı boyunca hərəkət edərkən müvazinətini itirərək kanala düşüb.

Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları onu kanaldan çıxarıblar.

B.Fərzəliyevi ilkin tibbi müdaxilə ilə həyatını xilas etmək mümkün olub. Daha sonra Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları onu ailəsinə təhvil verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью