Sumqayıtda 74 cüdoçu mübarizə aparacaq

27.10.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Oktyabrın 31-də cüdo üzrə böyüklər arasında Abşeron-Xızı çempionatı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, yarış Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Turnirdə 13 klub və idman cəmiyyətini təmsil edən 74 cüdoçu mübarizə aparacaq.

Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью