Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Sumqayıtda 85 yaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Yolu keçmək istəyən piyada, 1940-cı il təvəllüdlü Asirov Nikolay Andreyeviçi avtomobil vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.