Sumqayıtda 9 cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı

08.10.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib.

Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin 2010-cu il təvəllüdlü R.H. tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Məlumata görə, hər iki yeniyetmə Sumqayıtdakı orta məktəblərdən birinin şagirdləridir. R.H. orta məktəbin 10-cu, T.Ə. isə 9-cu sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью