Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində qeydə alınıb. Bildirilir ki, qəza zamanı “Mercedes” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.
 

Zərbənin təsirindən idarəetmədən çıxan “Chevrolet” yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.


Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью