Sumqayıtda ağır QƏZA: Sürücü avtomobildə sıxılı vəziyyətdə qaldı VİDEO

10.04.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilib ki, hadisə şəhərin Yaşma bağları adlanan ərazisində qeydə alınıb. Dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, "Volvo" markalı yük avtomobili idarəetmədən çıxaraq reklam lövhəsinə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi texniki vasitələrin köməyi ilə sürücünü - 1975-ci il təvəllüdlü Sultanov Mahmud Sultan oğlunu avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью