Sumqayıtda ailə FACİƏSİ

13.11.2024

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sumqayıtda biri azyaşlı olmaqla üç nəfər dəm qazından zəhərlənib.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Stansiya Sumqayıt ərazisində qeydə alınıb.

1980-ci il təvəllüdlü Elmir Rəsulov, onun həyat yoldaşı Samirə Abbasova və övladları 2007-ci il təvəllüdlü Zəminə Rəsulzadə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью