Sumqayıtda antisanitar vəziyyət; Sakinlər şikayətçidir FOTO

05.11.2024

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisi Cəfər Cabbarlı küçəsində antisanitar vəziyyət yaranıb. Ərazidə yaşayan sakinlər məişət tullantılarının vaxtında daşınmamasından şikayətçidirlər. Avtosfer.az-ın məlumatına görə, bu barədə “Bizim.Media”ya danışan sakinlər iddia edirlər ki, ərazidəki zibillərin günlərlə daşınmaması tez-tez baş verir.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildridilər ki, maşınlarla bağlı tullantıların daşınmasında gecikmə olub:

“Məişət tullantıları hər gün daşınır və belə problem yarananda dərhal həll olunur. Yəni artıq problem aradan qaldırılıb, həmin ərazidəki tullantılar yığışdırılıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью