Sumqayıtda arvadını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

29.01.2025

Icma.az, Olke.az saytına istinadən bildirir.

Yanvarın 29-da saat 5 radələrində Sumqayıt şəhərində yerləşən evlərin birində 1993-cü il təvəllüdlü Səbinə Abışovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Ölkə.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun əri, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ağabala Babışov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью