Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Sumqayıtda ər arvadını boğaraq öldürüb. Hadisə şəhərin Yaşıl dərə yaşayış massivində qeydə alınıb. 1984-cü il təvəllüdlü Cəmalə Quliyeva 1975-ci il təvəllüdlü həyat yoldaşı Qorxmaz Quliyev tərəfindən boğularaq öldürülüb.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, Qorxmaz hadisəni törətdikdən sonra Sumqayıt Şəhər Polis İdarəsinə gedərək hadisənin törətdiyini etiraf edib.
Qətl hadisəsinin qısqanclıq zəminində baş verdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media