Sumqayıtda “Aşılan maneələr” adlı maarifləndirici görüş keçirilib

25.11.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, 25 noyabr 2026-cı il tarixində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Aşılan maneələr” adlı maarifləndirici görüş keçirilib.

Tədbir Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Regional Mədəniyyət İdarəsi, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi və Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Görüşün əsas məqsədi cəmiyyətdə inklüzivlik düşüncəsinin formalaşdırılması, əlilliyi olan şəxslərə münasibətdə mövcud stereotiplərin aradan qaldırılması, onların cəmiyyətin bütün sahələrində bərabərhüquqlu iştirakının təşviq edilməsi olub.

Tədbirin spikerləri İlham Zəkiyev, Səbinə Kərimova və Yusif Əlilli olub. Spikerlər çıxışlarında inklüziv cəmiyyətin əhəmiyyəti, əlilliyi olan şəxslərin hüquq və imkanları, sosial inteqrasiya, bərabər iştirakçılıq və mövcud maneələrin aradan qaldırılması məsələlərinə toxunublar.

Çıxışlarda vurğulanıb ki, əlillik insanın potensialını və cəmiyyətə töhfə vermək imkanlarını məhdudlaşdırmamalıdır. Bunun üçün əsas şərt əlçatan mühitin yaradılması, bərabər imkanların təmin edilməsi və cəmiyyətdə düzgün yanaşmanın formalaşdırılmasıdır.

Görüş interaktiv müzakirə şəraitində davam edib. Gəncləri maraqlandıran suallar cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.

Qeyd edək ki, “Aşılan maneələr” adlı maarifləndirici görüş cəmiyyətdə inklüziv dəyərlərin təşviqinə, gənclərin əlillik mövzusunda məlumatlılığının artırılmasına və bərabər imkanlar prinsipinin möhkəmləndirilməsinə xidmət edir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью