Sumqayıtda ata oğlunu bıçaqladı: İnternet xəttinə görə başlayan mübahisənin TƏFƏRRÜATI VİD…
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İnternet xəttinə görə mübahisə atanın oğlunu bıçaqlaması ilə nəticələnib.
"Ölkə.az" Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhərində baş verib.
İddialara görə, mübahisə qayınatanın gəlinin internet vasitəsilə danışmasına icazə verməməsindən sonra başlayıb.
İki bıçaq zərbəsi alan Şahmar Muradov dərhal xəstəxanaya çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, yaralı təcili əməliyyat edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bıçaqlanan şəxsin nənəsi Vəzifə Həşimovanın iddiasına görə, hadisə qayınatanın gəlinə qarşı söyüş söyməsi və internet xəttini kəsməsi səbəbindən baş verib.
Sərdar Muradov gəlinin internetlə danışmasını dayandırmaq üçün evdəki internet xəttini ayırıb.
Tam oxu
Xəbəri oxu