Sumqayıtda ata oğlunu telefonla oynadığına görə bıçaqladı

04.02.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sumqayıt şəhərində 1957-ci il təvəllüdlü Sərdar ailə münaqişəsi zəminində oğlu Şahmara xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin dekabrın 26-da şəhərin H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində baş verib. Sərdar həmin gün, saat 21:30-da birgə yaşadıqları fərdi yaşayış evinin həyətində oğlu şahmar ilə ailə-məişət münaqişəsi zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı o, mətbəx bıçağı ilə oğlunu vurub. 
Hadisəni törədən Sərdarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayıb: “Hadisə günü hava qaranlıq olan zaman yaşadığımız evin həyətində balıq təmizləmişəm. Digər ailə üzvlərim isə evin içərisində olub. Evdəkiləri səslədim, lakin mənə cavab verən olmadı. Onların başının telefona qarışdığını düşünərək çöldə olan “Wi-fi”-nin naqillərini əsəbiləşərək kəsmək istədim. Həmin vaxt oğlum Şahmar bu hərəkətimə qarşı çıxanda onu itələdim. Nəticədə ehtiyatsızlıqdan belə bir hadisə baş verdi”.
İş üzrə zərərçəkmiş Şahmarın sözlərinə görə, hadisə günü işdən evə gəlib: “Həmin vaxt atam həyətdə balıq təmzlədiyi üçün əlində bıçaq olub. Atamın həmin vaxt içkili olduğunu və çox əsəbiləşdiyini gördüm. Əlindən xəta çıxacağını düşündüm və sakitləşdirmək üçün ona yaxınlaşdım. Bu zaman atam əlindəki bıçaqla mənə 2 zərbə yetirdi. Atamın törətdiyi əməl ehiyatsızlıqdan baş verib. Atamı bağışlamışam, onunla barışmışam. Atama qarşı şikayətim yoxdur”.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərdar 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasına ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью