Sumqayıtda ata və anasını öldürən şəxsə ömürlük həbs cəzası verilib

23.04.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıtda ata və anasını öldürməkdə təqsirləndirilən Fikrət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nürəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Fikrət Məmmədov ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Xatırladaq ki, hadisə ötən ilin aprel ayında baş verib. 24 yaşlı Fikrət Məmmədov aralarında yaranmış mübahisə zamanı 62 yaşlı atası Hakim Məmmədov və anası Zərifə Məmmədovanı bıçaqlayaraq öldürüb.

Qeyd edək ki, təqsirləndirilən Fikrət Məmmədova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9- cu maddələri ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью