Sumqayıtda avtobusla minik avtomobili toqquşub xəsarət alanlar var

02.10.2025

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Abışov Arzu Şubay oğlunun idarə etdiyi "Hyundai" markalı avtobusla, 1962-ci il təvəllüdlü Hüseynova İradə Əlihüseyn qızının idarə etdiyi "Kia" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində hər iki sürücü, eləcə də avtobusun sərnişini – 1990-cı il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Tural Arif oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью