Sumqayıtda avtobusla minik maşını toqquşdu

17.07.2026

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərində sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş DYP İdarəsinin bölmə rəisi Elvin Hacıyev məlumat verib.

Qəza bu gün saat 20:00 radələrində şəhərin Üzeyir Hacıbəyov və Çerkassi küçələrinin kəsişməsində baş verib.

Məlumata görə, Nəsib Əlişanovun idarə etdiyi 50 AB 356 dövlət qeydiyyat nişanlı avtobusla İlhamə Kazımovanın idarə etdiyi 50 FG 480 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

Qəza yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью