Sumqayıtda avtomobil 38 yaşlı qadını vuraraq öldürdü

11.02.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Bakı-Quba avtomobil yolunun Sumqayıt ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

KONKRET.az xəbər verir ki, “Volkswagen” markalı avtomobil yolu keçən 38 yaşlı Xədicə Kərimovanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb. Qeyd edək ki, hadisə zamanı minik avtomobili aşıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

(report)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью