Sumqayıtda avtomobil kanala düşüb, xəsarət alanlar var FOTO

02.11.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, "Toyota Camry" markalı minik avtomobili idarəetmədən çıxaraq Samur-Abşeron kanalının Sumqayıtdan keçən hissəsinə düşüb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью