Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb

24.10.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan "Chevrolet" markalı minik avtomobili yoldan keçən piyadaları vurub, daha sonra səkiyə çırpılıb.

Qəza nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Toqquşmadan sonra avtomobildə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Yanğın söndürülüb, alovun ətrafdakı digər avtomobillərə keçməsinin qarşısı alınıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью