Sumqayıtda avtomobil qəzası baş verib Xəsarət alan piyada ölüb

04.10.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Süleymanov Samir Süleyman oğlunu avtomobil vurub.

Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью