Sumqayıtda avtomobil süpürgəçini vurub öldürdü

27.11.2024

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt Bulvarı ərazisində qeydə alınıb.

Bulvar ərazisində yolu süpürən 1985-ci il təvəllüdlü Səriyyə Tofiq qızı Zeynalovanı avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью