Sumqayıtda avtomobil yandı KONKRET

22.01.2025

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərində minik avtomobilində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü İsmayılov Sabir Cəfər oğluna məxsus “Toyota” markalı minik avtomobili anidən yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb, ətrafdakı maşınlara və tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır./report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью