Sumqayıtda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb

23.12.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıtda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 45-ci məhəllə ərazisində qeydə alınıb.

1995-ci il təvəllüdlü İlqar Firudin oğlu Paşazadə idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə hərəkətdə olan zaman yolu keçən qadın piyadanı vurub.

Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью